Erməni artilleriyaçılar öz hərbi hissələrini bombaladı


15:59     14 Noyabr 2017 Karabag_1510646277.jpg

Erməni artilleriyaçılar öz hərbi hissələrini atəşə tutublar .



Femida.az xəbər verir ki, təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar. Belə ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3072