Sabahın hava proqnozu
16:42 14 Noyabr 2017
Bakı və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Cənub-şərq küləyi əsəcək.
ETSN-dən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti olacağı gözlənilir.
Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 685
Oxşar xəbərlər
- Sabahın məzənnəsi
- Sabahın hava proqnozu - külək, duman..
- Sabahın məzənnəsi açıqlandı
- Sabahın hava proqnozu
- Sabahın hava proqnozu açıqlandı
- Sabahın hava proqnozu
- Sabahın hava proqnozu
- Sabahın hava proqnozu - Yağış yağacaq
- Sabahın hava proqnozu - Yenə yağış yaracaq
- Sabahın hava proqnozu: külək, yağış, şimşək