İranın xarici işlər naziri Bakıya gəlir
16:59 14 Noyabr 2017
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gələcək.
Femida.az-ın məlumatına əsasə, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Diplomatın səfərinin əsas məqsədi noyabrın 30-dan dekabrın 1-dək Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməkdir.
Görüşün əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr olacaq.
Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstan ilə birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə, həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni də gələcək.
Femida.az
Oxunub: 881
Oxşar xəbərlər
- İranın sabiq prezidenti həbs edildi - İddia
- İranın Ərbildəki baş konsulluğuna hücum edilib
- İranın iqtisadiyyat naziri Azərbaycana gəlir
- İranın keçmiş xarici işlər naziri Türkiyədə vəfat edib
- İranın hərbi gəmiləri Bakı limanını tərk etdi
- İranın vitse-prezidenti Bakıdadır
- İranın Bakıdakı səfirliyindən terrorla bağlı BƏYANAT
- İranın gəmisi piratların əlinə keçib
- İranın raket sınağı uğursuz olub
- İranın müharibədə 2100 hərbçisi ölüb