Ermənistanın 2 hərbi qulluqçusu döyüş postunda yaralandı


17:21     14 Noyabr 2017 ermeni%20esger%20papagi0.jpg

İşğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb.


Femida.az -ın məlumatına görə, xəbəri ermənilər sosial mediada paylaşıb.

Status sahibinin yazdığına görə, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazisində - Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Onların vəziyyətlərinin orta olduğu bildirilir.

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəbləri qərargah zabitləri tərəfindən araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1115