Gecə internet olmayacaq


20:49     14 Noyabr 2017 internet_02.jpg

İnternet təminatında fasilələr yarana bilər.


"Bakı Telefon Rabitəsi" MMC-dən Femida.az-a verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 2270