• Ana səhifə / Manşet

Xəbər lenti

Sürücü piyadanı vurub qaçdı - FOTO


Tarix 14.11.17, 17:18


Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Femida.az Milli.az-a istinadən xəbər verir ki, qəsəbənin "Gənclər Şəhərciyi" ərazisində maşınların hərəkət istiqamətində yolun kənarı ilə irəliləyən 32 yaşlı Şükürov Rəşad Zahir oğlu hələ də şəxsiyyəti müəyyən edilməyən sürücünün idarə etdiyi avtomobillə vurulub. Sürücü ağır vəziyyətdə olan yaralını qan içində yerdə qoyaraq avtomobili ilə hadisə yerindən qaçıb.Rəşadın yaxınlarının bildirdiyinə görə, evə gələndə, saat 20:00-20:30 radələrində çörək almaq üçün ona zəng ediblər. Zənglərə cavab verməyən Rəşada ailə üzvləri bir qədər sonra yenidən zəng etməli olublar. Rəşadın telefonuna bir qadın cavab verərək tibb bacısı olduğunu, Rəşadın vəziyyətinin ağır olduğunu bildirib.

Ətrafdakı vətəndaşlar təcili tibbi yardıma olayla bağlı xəbər veriblər. Hadisə yerinə gələn təcili yardım əməkdaşları yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırıblar. Xəstəxananın travmatoloq-ortoped cərrahı doktor Abuzərov Ramilin verdiyi məlumata görə, travmatik şokla təcili yardım bölməsində qəbul edilən Rəşadın yaşamağı sual altında olub. Onun həyatda qalıb-qalmayacağı 3 saat ərzində məlum olacaqdı. Hal-hazırda sözügedən xəstəxanada palataya yerləşdirilən Rəşadın vəziyyəti kafi olaraq qiymətləndirilir.

Rəşad Şükürovun vurulduğu istiqamətdə təhlükəsizlik kameraları olmasına rəğmən hadisədən artıq 5 gün keçsə də, şübhəli tapılmayıb. Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyev olayın bağlı cinayət olduğunu vurğulayıb. Burada bir məqam diqqətdən qaçmayıb. Belə ki, Rəşad Şükürov hadisədən 5 gün keçməsinə baxmayaraq hələ də Məhkəmə Tibbi Ekspertizadan keçirilməyib. Müstəntiq bunun səbəbini xəsarət alan şəxsin vəziyyətinin ağır olduğunu, onu Məhkəmə Tibbi Ekspertizaya aparmağın mümkünsüz olduğu ilə əlaqələndirib.

Qeyd edək ki, ailə vəziyyəti ağır olan Şükürov Rəşadın sabah səhər saatlarında əməliyyat olunacağı gözlənilir.

Femida.az


Xəbərin oxunma sayı : 856











Hüquq-mühafizə
img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img