Ədliyyə naziri ilə görüşmək istəyənlərin nəzərinə!
23:44 14 Noyabr 2017
Ədliyyə naziri Fikrət Məmmədov Saatlı rayonu Gənclər Mərkəzində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən Nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib.
İclasda ədliyyə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinə baş çəkilərək fəaliyyəti və iş şəraitinin yaxşılaşdırılması üzrə görülmüş tədbirlərlə tanış olunub, müşavirə keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarından və qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələn vəzifələrə toxunulub. Həmçinin hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə görülən tədbirlər qeyd olunub, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılmasının vacibliyi bildirilib.
Femida.az
Oxunub: 838
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyində yeni rəis təyinatı
- Ədliyyə Akademiyasında icbari təlim kursu başlayıb
- Ədliyyə sahəsində layihələr uğurla həyata keçirilir
- Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
- Ədliyyə işçilərinin peşə bayramıdır
- Ədliyyə işçilərinə xüsusi rütbələr verilib
- Ədliyyə naziri Saatlıya gedir
- Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
- Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!
- Ədliyyə Nazirliyində müşavirə keçirilib