İranda zəlzələ qurbanlarının sayı 530-a çatıb


01:35     15 Noyabr 2017 ct-iran-iraq-earthquake-20171112.jpg

İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 530 nəfərə çatıb.


Femida.az İran KİV-lərinə istinadən xəbər verir ki, yaralıların sayı 7 500-ə yaxındır.

Noyabrın 12-də İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ümumilikdə 1650 yaşayış məntəqəsinə ziyan dəyib, 12 minədək ev tamamilə uçub.

Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 884