Ərdoğan Qətərə gedib


02:40     15 Noyabr 2017 erdogan_katar_14112017.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərə gəlib.


Femida.az `Haberler.com`a istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısını Doha Beynəlxalq hava limanında Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl Аdiyyə, Türkiyənin Qətərdəki səfiri Fikrət Özər və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə prezidentin xanımı Əminə Ərdoğan, Baş qərargah rəisi general Əbdülhəmid Güləm, Ədliyyə, xarici işlər, iqtisadiyyat, energetika və təbii sərvətlər, gənclər və idman nazirləri, habelə digər yüksək rütbəli məmurlar daxildir.

Femida.az

Açar sözlər:

Oxunub: 846