Berat Albayrak Bakıya gələcək


03:21     15 Noyabr 2017 enerji-ve-tabii-kaynaklar-bakani-berat-albayrak-aciklamalarda-bulundu.jpeg

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak gələn ilin əvvəlində Azərbaycana rəsmi səfər edəcək.


Femida.az xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

O bildirib ki, 2018-ci ilin yanvar ayının əvvəlində Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasında nazir Berat Albayrakın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 534


Oxşar xəbərlər