Maliyyə Nazirliyi tender keçirir


13:19     15 Noyabr 2017 maliyye%20naziri.jpg

Maliyyə Nazirliyi Gəncə gil-torpaq zavodunun Zəylik alunit filizi yatağından gələn filizdən istifadə etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Sumqayıtda inşa edilən karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsindən istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılması, Daşkəsən rayonu ərazisindəki yerli xammal olan Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsi, anod çubuqlarının istehsalının texniki-iqtisadi əsaslandırılmasını aparmaq üçün məsləhətçi şirkətlərin cəlb edilməsi məqsədilə tender elan edir.

Femida.az xəbər verir ki, açıq tenderdə xidmətlərin satınalınması məqsədilə aşağıdakı 3 lot üzrə həmin sahədə böyük təcrübəyə malik beynəlxalq məsləhətçi
şirkətin cəlb edilməsi təklif olunur:

Lot-1. Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə
etməklə işə salınması və istehsal zamanı əmələ gələn sulfat turşusunun Sumqayıtda inşa edilən karbamid zavodunun aralıq məhsulu olacaq ammiyak maddəsində istifadə imkanlarının, habelə Gəncə gil-torpaq zavodu ərazisində ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılmasının hazırlanması;

Lot-2. Daşkəsən rayonu ərazisindəki Zəylik alunit filizi yatağının ehtiyatlarının qiymətləndirilməsinin hazırlanması;

Lot-3. Anod çubuqlarının Azərbaycan ərazisində (Gəncə şəhərində) istehsalının texniki-iqtisadi əsaslandırılmasının hazırlanması.

Tender proseduru 2017-ci il dekabr ayının 22-də saat 10:00-da Maliyyə Nazirliyində keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçılar hər bir lot üzrə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün ərizə;

- İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

Hər bir lot üzrə tender təklifləri 2017-ci il dekabr ayının 21-də saat 10:00-dək Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır.

Hər bir lotun predmeti üzrə 5 ildən çox iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” qanunu ilə
müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər.

Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir.


Maliyyə Nazirliyi tərəfindən keçirilən tenderdə iştirak edən iddiaçılar quruma müraciətdən və tenderdə iştirak üçün hər bir lot üçün 300 manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün 8 noyabr 2017-ci ildən 21 dekabr 2017-ci il saat 10:00-dan 17:00-dək əlaqələndirici şəxs Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin baş məsləhətçisi Zaman Hüseynova müraciət etmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 1143