ABŞ-ın vətəndaşlarına etdiyi xəbərdarlıqla bağlı Azərbaycandan AÇIQLAMA


15:56     15 Noyabr 2017 elsever-agayev-1.jpg

Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsinə münasibət bildirib.


Elsevər Ağayev deyib ki, bu, ABŞ Dövlət Departamentinin öz seçimidir.

“Hər bir halda Azərbaycanda yaşayan ABŞ və digər ölkələrin vətəndaşları Azərbaycanın səhiyyə sistemindən faydalanırlar. Dünyada elə bir əməliyyat yoxdur ki, Azərbaycanda həyata keçirilməsin. Bu gün Azərbaycanda özəl tibb müəssisələrinin də sayı artmaqdadır. Azərbaycanda bu gün 875 özəl tibb müəssisəsi, 2300-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir”, - deyə nazir müavini qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1742