`Apteklər diqqətli olmalıdırlar` - Nazir müavini psixatrop dərmanlardan danışdı
16:06 15 Noyabr 2017
“Psixatrop dərman preparatları dövriyyəsinə nəzarət olunur. Dövriyyəsi məhdudlaşdırılan dərman preparatlarının siyahısı Milli Məclis tərəfindən təsdiq olunub. Mütəmadi olaraq bu siyahıya düzəlişlər olunur. Bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən 50 milliqramlıq “travmadol” dərman preparatının siyahıya daxil edilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova müraciət olunub”.
Femida.az-ın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini qeyd edib ki, apteklər bu dərmanların satışını həyata keçirərkən diqqətli olmalıdırlar: “Bu preparatların reseptsiz satışı ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalar var. 2015-2017-ci illərdə sahibkarlığa kömək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən də yoxlamalar aparılmırdı. Artıq Səhiyyə Nazirliyinə dərman preparatlarının dövriyyəsinə nəzarət olunması səlahiyyəti verilib”.
Femida.az
Oxunub: 558
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək