Roma Papasına `Lamborghini` hədiyyə edildi


22:27     15 Noyabr 2017 1508872426.jpg

İtaliyanın avtomobil istehsalçısı olan Lamborghini şirkəti Roma Papası Fransiskə unikal idman avtomobili nümunəsi olan Huracan hədiyyə edib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, maşın hərracda xeyriyyə məqsədi ilə satılacaq.

Qeyd edək ki, Lamborghini Huracan modeli 2014-cü ilin martında Cenevrə avtosalonunda təqdim edilib. Avtomobilin dəyəri 200 min dollardır.

Femida.az

Açar sözlər:

Oxunub: 898