Yunanıstanda daşqınlar 13 can aldı


02:51     16 Noyabr 2017 yunanistan3.jpg

Yunanıstanın Attika bölgəsində baş verən daşqınlar nəticəsində 13 nəfər həyatını itirib.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.

Məluma görə, şiddətli yağışlar regiona fəsadlarla nəticələnən daşqınlara səbəb olub. Mandra, Maqula, Nea-Paramos, Elefsina və Aspropirqos şəhərləri su altında qalıb. Sinoptiklər yağıntılı havanın noyabrın 19-dək davam edəcəyini proqnozlaşdırıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 719