Küçə itləri qadına hücum etdi - Vəziyyəti ağırdır


15:11     16 Noyabr 2017 761112cf-0dae-48c4-a2e6-de01ebcb9df5.jpg

Samuxda yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.


Femida.az `Report`a istinadən xəbər verir ki, hadisə rayonu Sərkar kəndində baş verib. Kənd sakini, 1936-cı il təvəllüdlü Zəkiyyə Mosu qızı Tağıyeva küçədə gedərkən 6-7 itin hücumuna məruz qalıb. Baş, üz və bədəninin müxtəlif yerlərindən itlər tərəfindən xəsarət alan yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 848