Məmmədyarov həmsədrlərin təklifini qəbul etdi


19:01     16 Noyabr 2017 elmar%20memmedyarov3.jpg

Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb.


XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, danışıqlar konstruktiv və substantiv xarakter daşıyıb. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb və Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.

H. Hacıyevin bildirib ki, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir".

Femida.az

Açar sözlər:

Oxunub: 1254