Türkiyə şəhid verdi


21:40     16 Noyabr 2017 1440398928_sehid-turk.jpg

Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunun qarşısında, İraqın şimalında axtarış-əməliyyat tədbir keçirən zaman terrorçu PKK qruplaşmasının əraziyə raket atması nəticəsində 2 hərbçi şəhid olub, bir hərbçi yaralanıb.


Femida.az Hürriyet-ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin hərbi mənbələri məlumat yayıb.
Hadisə İraqın şimalında Derecik bölgəsində baş verib. Yaralı hərbçi hospitala yerləşdirilib. Ərazidə havadan dəstəklənən genişmiqyaslı əməliyyat aparılır.

Açar sözlər:

Oxunub: 983