`Putin Qarabağ münaqişəsinin həllinə ümidli deyil` - Ərdoğan
13:12 17 Noyabr 2017
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarını şərh edib.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib.
“Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”, - deyə R.T.Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub.
Noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb.
Femida.az
Oxunub: 1101
Oxşar xəbərlər
- `Putin prezident seçiləndən sonra...` - Şeyx
- `Putin böyük dövlət adamıdır` - Ərdoğanın məsləhətçisi
- `Putin sözünün üstündə durandır` - Novruz Məmmədovdan Qarabağ açıqlaması
- `Putinin dəstəyinə ehtiyacım var` - Ərdoğan
- `Putin Azərbaycana əli boş gəlməyəcək` - Səfir (VİDEO)
- `Putinlə görüş avqustun sonunda olacaq` - Ərdoğan
- `Putinin də sonu Hitler kimi olacaq` - Kırımoğlu
- `Putin zəngimə cavab vermədi` - Ərdoğan