Bakıda dəhşətli qəza: Bədəni parça-parça oldu


13:35     17 Noyabr 2017 386b7d2d83e853f96d70d15a24db8862.jpg

Bakının Qaradağ rayonunda avtomobil piyadanı vurub öldürüb.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 13-cü km-də, paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Məlumata görə, “Lifan” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürüb. Güclü zərbənin təsirindən piyadanın bədəni bir neçə hissəyə parçalanıb.

30-35 yaşlarında olan kişinin kimliyi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1592