Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar


14:23     17 Noyabr 2017 avropa%20mehjkemesi.jpg

Avropa İnsan Haqları Məhkəməsi "Movsisyan Ermənistana qarşı” işi üzrə yekun qərarını açıqlayıb.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məhkəmə Ermənistan hökümətinin şikayətçiyə 12 min avro məbləğində təzminat ödəməsinə dair qərar verib.

Qeyd edək i, İrəvan sakini 1948-ci il təvəllüdlü Albert Movsisyan 22 aprel 2009-cu ildə qızının ölüm işinin lazımi səviyyədə araşdırılmamasına görə Ermənistana qarşı şikayət iddiası ilə Avropa məhkəməsinə müraciət edib.

2007-ci il 7 sentyabr tarixində Movsisyanın hamilə qızı evdə huşunu itirib, çağırılan təcili tibbi yardım 40-45 dəqiqə sonra gəlib və lazımı tibbi müdaxilə edilmədiyi üçün xəstə 14 sentyabrda xəstəxanada ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1166