Azərbaycanda RƏZALƏT: Zaur Kamal 7-ci sinifdə oxuyan qıza elçi getdi


17:02     17 Noyabr 2017 23722178_1127217560747773_1756975849_n%20(1).jpg

Aparıcı Zaur Kamal “5-də 5“ verilişinin “Elçilik” rubrikasında 7-ci sinif şagirdinə elçi gedib.


Femida.az xəbər verir ki, 15 yaşlı qızın anası bu elçiliyə qarşı çıxıb: “Qızımı ərə vermək fikrim yoxdur. Deyir ki, məni o oğlana ərə versəniz, özümü öldürərəm. Məktəbdə oxuyuram, evlənmirəm. Uşaqdır, onun arzuları var. Hələ belə şeylər fikirləşmir”.

Qeyd edək ki, Z.Kamal elçiliyə ağsaqqal kimi gitara ifaçısı Rəmişi (Rafiq Hüseynov) də aparıb. Aparıcının bu elçiliyi sosial şəbəkədə tənqid olunub.

Məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi münasibət bildirib. Komitənin Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov sosial şəbəkədə qeyd edib ki, faktla bağlı tədbir görülür.



Femida.az

Açar sözlər:

Oxunub: 7010