Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
19:31 17 Noyabr 2017
Azərbaycan XİN Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ilə bağlı açıqlama yayıb.
XİN-in mətbuat xidmətindən Femida.az-a daxil olan məlumata görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.
Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.
Femida.az
Oxunub: 1445
Oxşar xəbərlər
- Lavrovun Bakı səfərinin detalları açıqlandı - VİDEO
- Lavrovun Bakı səfərinin vaxtı açıqlandı
- Lavrovun İrəvandan Bakıya gəlməməsinin səbəbi
- Lavrovun Qarabağla bağlı çıxışına XİN-dən reaksiya
- Lavrovun İrəvanda səsləndirdiyi ziddiyyətli ifadələr - ŞƏRH
- Lavrovun 1 ayda ikinci Bakı səfəri - ŞƏRH
- Lavrovun Nalbandyanla görüşündən: `Bu, yolverilməzdir`
- Lavrovun səfəri Azərbaycana nə vəd edir? - ANALİZ
- Lavrovun Azərbaycana səfəri başlayır