Azərbaycanda 180 min ton pambıq yığılıb


01:20     18 Noyabr 2017 PAMBIQ%20(38).jpg

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 180 713,33 ton məhsul təhvil verilib.

Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 1 856,71 tonu ötən gün tədarük olunub.
Qeyd edək ki, bu il ölkə üzrə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 413,2 hektar ərazidə çiyid səpilib. Ən çox pambıq Saatlı (17 220 hektar), İmişli (15 641,5 hektar), Sabirabad (15 055 hektar), Biləsuvar (11 351,8 hektar) və Neftçala rayonlarında (11 111 hektar) əkilib.

Femida.az

Açar sözlər:

Oxunub: 480