ABŞ şərt qoydu: Türkiyə S-400 alarsa...


19:57     17 Noyabr 2017 NATO-flag.jpg

Əgər Türkiyə S-400-ləri alarsa, NATO texnologiyalarına əlçatanlığına məhdudiyyətlər tətbiq ediləcək.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant deyib. O bildirib ki, sonrakı mərhələdə Türkiyənin "F-35" tipli 5-ci nəsil bombardmançı təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər.

H. Qrant qeyd edib ki, S-400 anlaşmasının həyata keçirilməsi Türkiyə və NATO arasındakı hərbi işbirliyinə ciddi şəkildə təsir edəcək. Onun sözlərinə görə, NATO strategiyaları S-400 sistemlərinin istifadəsinə icazə vermir.

Femida.az

Açar sözlər:

Oxunub: 4547