Ərini öldürən qadın azadlıqda
21:11 17 Noyabr 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Günər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, onun ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1. (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub.
G. Mirzəyeva 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. O, həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, ötən il noyabrın 5-də Maştağa qəsəbəsindəki fərdi yaşayış evində 26 yaşlı Günər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayıb. Ş. Babayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
Oxunub: 796
Oxşar xəbərlər
- Ərini baltalayaraq öldürüb - Ağsuda FACİƏ
- Ərini öldürən 26 yaşlı qadından xəbər var - `Atası və qardaşı ilə birlikdə...`
- Ərinin döydüyü qadın komaya düşdü
- Ərini polis saxlayan qadın intihar etdi - Lerikdə
- Ərini yuxuya verib sevgilisiylə görüşə getdi - BAKIDA QANLI OLAY
- Ərini doğrayan qadın vəkilindən imtina etdi - Məhkəmədə ŞOK
- Ərini doğrayan qadın, intihar, yol qəzaları ilə dolu həftə - XRONİKA
- Ərini öldürən qadının atasından ŞOK AÇIQLAMA
- Ərini son anda ölümdən xilas etdi - Lənkəranda intihara cəhd
- Ərinin qətlində günahlandırılan qadın: “Qatil başqasıdır”