Bu gecə Əhmədlidə işıq olmayacaq


01:56     18 Noyabr 2017 isiq.jpg

Bu gecə saat 01:00-dan saat 04:30-a qədər Bakının Xətai rayonundakı Əhmədli yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Femida.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasilə əsasən General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələrini əhatə edəcək. Buna səbəb ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasında aparılan təmir işləridir.

"Azərişıq" yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 706