NATO Türkiyədən üzr istədi


21:17     17 Noyabr 2017 Flag_of_NATO.svg.png

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Norveçdə NATO təlimləri zamanı yerləşdirilən qalmaqallı stendlə bağlı açıqlamasından sonra Alyans tərəfindən rəsmi Ankaraya üzrxahlıq məktubu ünvanlanıb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Norveçdəki Birgə Mərkəzi Hərbi Komandanlıqdan göndərilən məktubda bildirilir ki, Norveç ordusunun məsələ ilə bağlı məsul heyəti vəzifədən azad edilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin dövlət başçısı bəyan edib: "Onlar "düşmənlər"in fotolarının olduğu stend quraşdırıblar, orada da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və mənim şəkillərim əks olunub. Məsələdən xəbər tutan Türkiyə Baş Qərargahının rəisi dərhal bizə məlumat verdi və bildirdi ki, NATO təlimlərində iştirak edən 40 türkiyəli əsgərin geri çağırılması barədə qərar qəbul olunub".

R.T.Ərdoğan Türkiyə hakimiyyətinin bu qərarı dəstəklədiyini bildirib: "Ankara həmin stend götürülsə belə, bu qərarına yenidən baxmayacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1076