Bakıda uçqun olub - Bir nəfər torpaq altında qalıb
01:58 18 Noyabr 2017
Paytaxtda uçqun baş verib.
Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Femida.az
Oxunub: 1789
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək