Bakıda yeni mərkəz - Burada əhaliyə pulsuz hüquqi yardım ediləcək


13:30     18 Noyabr 2017 IMG_0071.JPG

Azərbaycanda pulsuz hüquqi yardım göstərəcək mərkəz fəaliyyətə başladı.


Bununla bağlı keçirilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov belə bir mərkəzin yaradılmasında məqsədin əhalinin imkansız təbəqəsinin hüquqi maarifləndirməsinin həyata keçirilməsi olduğunu bildirdi.





Həmçinin O, əsas məqsədin prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28.12.2006-cı il tarixli 1880 saylı Sərəncamına və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" 15.09.2008-ci il tarixli Sərəncamındakı "yoxsul əhalinin öz hüquqları barədə maarifləndirilməsi və onlara ödənişsiz hüquqi yardım xidmətinin göstərilməsi" tapşırığına ictimai əsaslarla dəstək vermək və görülən işlərin davamı kimi mərkəzləşmiş şəkildə fəaliyyət göstərmək olduğunu söylədi.

Milli Hüquq Evində əhaliyə ödənişsiz hüquqi məsləhətlər, maarifləndirici təlim seminarlar keçiləcək. Həmçinin tələbələr və dövlət qulluğunda çalışmaq istəyən şəxslər üçün burada kurslar təşkil ediləcək, mütəmadi olaraq peşəkar simalarla gənclərin görüşü baş tutacaq.


Tələbələr və gənclər burada yerləşən hüquq ədəbiyyatından istifadə etməklə istədikləri məlumatları öyrənə biləcək.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Əli Məsimli belə bir mərkəzin yaradılmasının vacibliyindən danışdı. O, digər hüquqşünasların da bu mərkəzdə birləşməsinin vacibliyini xüsusi ilə qeyd etdi.
Tədbirdə vəkillər, hüquqşünaslar,tələbələr,QHT rəhbərləri də iştirak edirdi.





Mircəlal Məcidli
Fotolar: Səbuhi İsazadə
Femida.az

Açar sözlər:

Oxunub: 5807