Putinin yoluna bomba qoyulub? - Anonim zəng


15:02     18 Noyabr 2017 Vladimir_Putin_Russian_President_Black_unmarked_car.jpg

Rusiya hüquq-mühafizə orqanlarına prezident Vladimir Putinin Sankt-Peterburqda kortejinin keçdiyi yolda 50 partlayıcı qurğunun yerləşdirilməsi barədə anonim zəng daxil olub.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, Dmitri Peskov jurnalistlərə bildirib ki, heç bir təhlükə təsdiqlənməyib və bu kimi məlumatlar prezidentin iş qrafikinə təsir etməyib.

“Təbii ki, təhlükəsizlik xidməti bu vəziyyətdə lazım olan hər şeyi edib. Xüsusilə, bu işlərin vətəndaşlar üçün diskomfort yaratmamasına diqqət yetirilib. Təbii ki, belə zənglər heç bir halda əvvəlcədən prezidentin planlaşdırılan qrafikinə təsir etməyir”.

Femida.az

Açar sözlər:

Oxunub: 2488