`Rza Zərrabın yerini bizə demirlər` - Çavuşoğlu


15:22     18 Noyabr 2017 cavusoglu.jpg

ABŞ rəsmiləri həbsxanada sui-qəsd edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın yerini Türkiyəyə demir.


Femida.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, iş adamı ilə bağlı rəsmi Ankara Vaşinqtona iki nota verib. Bundan sonra ABŞ Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Türkiyənin bu ölkədəki səfirliyi ilə əlaqə saxlayıb:

“Onlar iş adamı Rza Zərrabın yaxşı və etibarlı yerdə olduğunu deyiblər. Konkret olaraq yerini deməyiblər. Daha əvvəl olduğu yerdə deyil. Başqa bir yerdə olduğu qətidir. Ev həbsində, yoxsa həbsxanada və ya başqa bir yerdəmi, bilmirik. Bizə bu barədə məlumat verməyiblər”.

Qeyd edək ki, ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərraba qarşı sui-qəsdə cəhd edilib. Belə ki, həbsxanada qaradərili şəxs Rza Zərrabı bıçaqla öldürmək istəyib. Hadisədən sonra Zərrab başqa yerə köçürülüb və aparıldığı yer heç kimə deyilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 1229


Oxşar xəbərlər