Ölkə üzrə 182 min ton pambıq yığılıb


17:14     18 Noyabr 2017 PAMBIQ%20(17).jpg

Noyabrın 18-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 182 min 497,94 ton məhsul təhvil verilib.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, noyabrın 17-də 1784,61 ton pambıq tədarük olunub.

Pambıq tədarükündə əvvəlki kimi Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 24357,60 ton məhsul təhvil veriblər. Biləsuvarda 22442,72 ton, Bərdədə 19462,57 ton pambıq tədarük edilib.

Femida.az pambıq tədarükünə dair noyabrın 18-nə olan operativ məlumatı təqdim edir.



Femida.az

Açar sözlər:

Oxunub: 959