İtkin düşən şəxs tapıldı - Kürdəmirdə


18:01     18 Noyabr 2017 itkin%20oglan.jpeg

Kürdəmirdə itkin düşən şəxs tapılıb.


Femida.az DİN-ə istinadən xəbər verir ki, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müarciət edib.

Polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsində olduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 919