Brüsseldə Qarabağ forumu təşkil olunacaq


19:11     18 Noyabr 2017 1511001021983861695_1000x669.jpg

Belçikanın paytaxtı Brüsseldə noyabrın20-də “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək.


Femida.az xəbər verir ki, forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, həlli istiqamətində Ermənistanın törətdiyi maneələr barədə məlumat veriləcək, Xocalı soyqırımının tanıdılmasında Avropadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq.

Toplantıda rəsmi şəxslər, Azərbaycan, Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 1007