Daxili orqanında narkotik tapıldı
22:15 18 Noyabr 2017
İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında psixotrop maddə və narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb.
İdarənin Sərnişin şöbəsində saxlanılan vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün o Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada tibbi müdaxilə nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bağlamada, xalis çəkisi 58,501 qram təşkil edilən psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə, xalis çəkisi 0,090 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.
Oxunub: 642
Oxşar xəbərlər
- Daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası təsdiqləndi
- Daxili asayişi hansı qüvvələr qoruyacaq?
- Daxili orqanında heroin keçirmək istədi
- Daxili İşlər Nazirliyi işçi axtarır
- Daxili orqanında heroin keçirmək istədi
- Daxili işlər nazirləri Düşənbədə toplaşacaq
- Daxili orqanında narkotik keçirmək istədi
- Daxili orqanından narkotik çıxarıldı
- Daxili orqanından narkotik çıxdı
- Daxili orqanından narkotik çıxdı