Ərdoğan NATO-nun üzrxahlığını qəbul etmədi


00:27     19 Noyabr 2017 1451681005_erdogan.jpg

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan NATO-nun Norveçdə keçirilən təlimlərində onun Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə Alyans rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.

Femida.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə R.T.Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının toplantısında bildirib.

“Dünən NATO təlimlərində yol verilən hörmətsizliyin şahidi oldunuz. Elə səhvlər var ki, səfeh yox, alçaq adamlar edir. Bu cür mövzu adi üzrxahlıqla bağlana bilməz”, - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 3285