Sabirabadda qəza - Polis əməkdaşı öldü
00:58 19 Noyabr 2017
Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil radar dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sabirabad rayonunda qəza nəticəsində ölən və xəsarət alan şəxslərin polis əməkdaşları olduğu müəyyənləşdirilib. Qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu, xəsarət alan isə polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur.
Məlumata görə, qəzaya səbəb havanın qatı dumanlı olması olub.
Qəzanın səbəbləri araşdırılır.
Oxunub: 3691
Oxşar xəbərlər
- Sabirabadda piyadanı avtomobil vurub
- Sabirabadda ağır qəza - 1 ölü, 8 yaralı
- Sabirabadda avtobus zavodu yaradıla bilər
- Sabirabadda yük maşını yanıb
- Sabirabadda toyda kütləvi dava - Yaralılar var
- Sabirabadda yanğın - ölən var
- Sabirabadda ağır qəza - ÖLƏN VAR
- Sabirabadda oğurluq edən şəxs tutulub
- Sabirabadda iki qardaşdan silah götürülüb
- Sabirabadda qəza, ölən və xəsarət alan var