Zimbabve prezidenti postunu tərk etmək niyyətində deyil


01:44     19 Noyabr 2017 robert_mugabe_180215_1.jpg

Çərşənbə günündən ev dustaqlığında olan Zimbabvenin hazırki prezidenti Robert Muqabe istefaya getmək fikrində deyil. Bu barədə Reuters agentliyi məlumat yayıb.


Prezidentin qohumlarından biri deyib ki, Muqabe və onun həyat yoldaşı "haqq yolunda ölməyə hazırdırlar" və hakimiyyətdən imtina etməyə niyyətləri yoxdur. O eyni zamanda bildirib ki, 93 yaşlı prezident özünü yaxşı hiss edir.

Şənbə günü, Muqabenin istefasını tələb edən minlərlə nümayişçi Zimbabvenin paytaxtı Xararedə prezident sarayına doğru hərəkət etdikləri zaman dayandırılıb silahlı ordu bölmələri tərəfindən dayandırılıblar.

Açar sözlər:

Oxunub: 766