Gimnastımız dünya çempionu olub


13:41     19 Noyabr 2017 c0daf3d2-9b81-42c7-9038-21944e099617.jpg

Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilir.


Kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır.

Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.

Turnirin son günü, noyabrın 19-da, daha iki idmançımız - 12 yaşlı Adil Hacızadə və 11 yaşlı Zeynəb Qasımlı yarışa qoşulacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 928