Salyanda maşın beton dirəyə çırpılıb - ölən var


14:47     19 Noyabr 2017 1359952125_qeza-avariya-main.jpg

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.


Hadisə bu gün səhər saatlarında rayonun Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində, Şirvan Milli Parkın yaxınlığında qeydə alınıb.

“Evrascon” ASC-yə (keçmiş ("Azərkörpü" ASC) məxsus avtomobil dəmir-beton dirəyə çırpılaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 979