Bakıda tələbə qız qaçırıldı


20:06     19 Noyabr 2017 qiz%20qacirmaq.jpg

Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb.

Femida.az lent.az-a istinadən xəbər verir ki, Beyləqan rayon sakini, 1948-ci il təvəllüdlü Aslanova Tamilla Zeynalabdin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 17-də saat 13:00 radələrində Azərbaycan Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan 18 yaşlı qızı Nigar (ad şərtidir) universitetin qarşısından qaçırılıb.

Şikayətçi əlavə edib ki, qızının qaçırılmasını Beyləqan rayon sakini, 1996-cı il təvəllüdlü Əliyev Mirkənan Nazim oğlu təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 609