Salyanda hotel yandı


23:30     19 Noyabr 2017 2015-05-14-09-24-12fhn-yangin-masin-full-liderxeber-640-sekil.jpg

Salyan rayonunda yanğın olub.

Femida.az "Report"a istinadən xəbər verir ki, axşam saatlarında Salyan şəhərinin mərkəzində fəaliyyət göstərən "Kür" hoteli yanmağa başlayıb.
Hadisə yerinə FHN-nin Salyan rayon Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının sömdürülməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1145