İtaliyada zəlzələ olub


00:28     20 Noyabr 2017 1410325067_ndoneziyada-65-balliq-zelzele-olub-cenubnews.jpg

İtaliyanın mərkəzində 4,4 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Geofizika və Vulkanologiya Milli İnstitutu məlumat yayıb.
Məlumatda bildirilir ki, yeraltı təkanlar Emiliya-Romanye vilayətində, Fornovo-di-Taro şəhərindən 4 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 31 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentrindən 20 kilometr radiusda 97 min insan yaşayır.
Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilmir.

Açar sözlər:

Oxunub: 703