Lavrov: “Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır”
01:27 20 Noyabr 2017
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə prezident Vladimir Putinin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.
Femida.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan XİN başçısı deyib.
“Siz bu yaxınlarda Tehranda Rusiya Federasiyasının prezidenti ilə görüşdünüz. Bu, noyabrın 1-də olub. O, sizə ən xoş salamlarını çatdırır. Böyük məmnuniyyətlə sizinlə əlaqələri xatırlayır", - deyə Lavrov bildirib.
Nazirin sözlərinə görə, Rusiya Azərbaycanla əldə olunmuş bütün razılaşmaları yerinə yetirmək məsələsinə sadiqdir.
"Biz böyük məmnuniyyətlə ticarət dövriyyəsinin artmasını qeyd edirik. Bzim statistikaya görə, ilk doqquz ay ərzində bu göstərici 60 faizdən çox olub. Bu, bir neçə il əvvəl ticarət dövriyyəsinin enməsi tendensiyasını geri çevirmək və templəri artırmaq üçün ciddi addımdır", - deyə S.Lavrov əlavə edib.
O, həmçinin bu il Stavropolda uğurla keçirilən regionalararası forumu da xatırladıb. Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsindən çıxış yolu tapmaqda və nizamlanmanın təmin edilməsində maraqlıdır.
Oxunub: 1817
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR