Türkiyə polisi onu axtarır


02:12     20 Noyabr 2017 istanbul-da-eylem-hazirligindaki-terorist-araniyor-10272557.Jpeg

Türkiyə hüquq-mühafizə orqanları ölkədə terror aktı törətməyə hazırlaşan PKK terror təşkilatının üzvü, “Baver” kod adlı Yunus Sanamalının saxlanılması üçün genişmiqyaslı axtarışlara başlayıb.



Femida.az -ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, mətbuatda fotoları yayılan terrorçu bir neçə gün öncə İstanbula gəlib.

Qeyd olunur ki, o, ələ keçməmək üçün saxta şəxsiyyət vəsiqəsi istifadə edir və qaldığı məkanları tez-tez dəyişir.

Açar sözlər:

Oxunub: 717