Azərbaycanla bu ölkə arasında aviareys açılacaq


14:45     20 Noyabr 2017 tacik.jpg

Tacikistanın “Tacik Alüminium Şirkəti” və “Somon Air” aviaşirkətinin nümayəndələrindən ibarət biznes heyəti Azərbaycanda rəsmi səfərdə olub. Bu barədə Tacikistanın Azərbaycandakı səfirliyi məlumat yayıb.


Məlumata görə, səfər çərçivəsində qonaqlar “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov, “Buta Airways”in baş direktoru Cəmil Manizadə və “Silkway”in birinci vitse-prezidenti Teymur Həsənovla görüşüblər.

Danışıqlar nəticəsində “Somon Air” dekabrdan etibarən həftədə iki dəfə Düşənbə-Bakı-Frankfurt-Bakı-Düşənbə marşrutu üzrə daimi reyslərə başlayacaq.

Səfər çərçivəsində yükdaşımalarla da bağlı bəzi razılıqlar əldə edilib. Belə ki, mülki aviasiya sahəsində çalışan tacik mütəxəssislər Azərbaycanın ixtisaslaşmış təhsil müəssislərində təlim keçəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 993