Xəzərdə iki balıqçı xilas edildi
15:35 20 Noyabr 2017
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi “Pirallahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları əraziyə baxış keçirərkən “PR-1960” bort nömrəli balıqçı qayığının yanalma körpüsündə olmadığı aşkarlanıb.
DSX mətbuat xidmətindən Femida.az-a bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qayıqda dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çilov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyənləşib.
Axtarış-xilasetmə tədbirləri nəticəsində suda olan dirəyin üzərində aşkarlanan və icazəsiz olaraq dənizə çıxmış balıqçılar - Pirallahı rayon sakinləri Qurbanov Arif Umud oğlu və Məlikov Ramiz Tofikoviç xilas edilərək sahilə təxliyə ediliblər. DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən dənizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nömrəli balıqçı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.
Femida.az
Oxunub: 996
Oxşar xəbərlər
- Xəzərdə zəlzələ olub
- Xəzərdəki dəhşətli faciədən bir il ötür
- Xəzərdə zəlzələ olub
- Xəzərdə zəlzələ oldu
- Xəzərdə üçüncü dəfə zəlzələ olub
- Xəzərdə zəlzələ olub
- Xəzərdə suitilərin ovuna qadağa qoyulacaq
- Xəzərdə itkin düşmüş balıqçıların meyiti tapılıb
- Xəzərdə yoxa çıxan balıqçıların axtarışına başlanıldı
- Xəzərdə 2 balıqçı itkin düşdü