Tanınmış hakim vəkillik fəaliyyətinə başlayıb


15:48     20 Noyabr 2017 images%20(1)1.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Eynulla Vəliyev vəkil kimi fəaliyyət göstərəcək.


Femida.az APA-ya istinadən xəbər verir ki, o, Bakıdakı 2 saylı Hüquq Məsləhətxanasında vəkil kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, E. Vəliyev səlahiyyət müddəti başa çatdığı üçün oktyabr ayından hakim kimi fəaliyyətini dayandırıb.

E. Vəliyev hakim təyin olunana qədər Vəkillər Kollegiyasının sədr müavini vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1880