Bakıda qaçırılan avtomobillər tapılıb


16:27     20 Noyabr 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Bakıda qaçırılan avtomobillər tapılıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakının Yasamal rayonunun K.Kazımzadə küçəsindən Bakı şəhər sakini Elçin Məmmədova məxsus “Mitsubishi” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi Xidməti”nə məlumat daxil olub.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bülbül prospektində saxlanılıb.

Avtomobillə birlikdə onu idarə edən şəxs də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun paytaxt sakini Nicat Vəliyev olması müəyyən edilib.

Araşdırma aparılır.

Avtomobil qaçırılması ilə bağlı digər hadisənin də üstü açılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Salyan rayon sakinləri Ağarza Bağırovun, Ülvi Xudayevin və Qədir Nuriyevin ətraflarında Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 10-na keçən gecə Zığ yolu küçəsindən Bakı şəhər sakini Teyfur Əliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil noyabrın 18-də Masallı rayonu ərazisində tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 927